“Kontakt Home”a yazılan cərimə protokoluna sabah baxılacaq

“Kontakt Home”a yazılan cərimə protokoluna sabah baxılacaq

“ABC-Telecom” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

TEMPİNFO-nun xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə oktyabrın 9-da baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC “Kontakt Home” əmtəə nişanının sahibidir. /pravda.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37