Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi – YENİ TƏYİNATLAR

Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi – YENİ TƏYİNATLAR

Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.

TEMPİNFO İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, Qönçə Səftərova “Təfəkkür Liseyi”nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.

Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova “Təfəkkür Liseyi”nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37