İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına gedir

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına gedir

İranın xarici işlər naziri Abbas Araqçı bölgədəki hadisələri müzakirə etmək üçün bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.

TEMPİNFO xəbər verir ki, Abbas Araqçı səudiyyəli həmkarı ilə siyasi, iqtisadi, mədəni və sosial sahələrdə danışıqlar aparacaq. Səfərdə məqsəd ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirməkdir.

Nazir jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu səfər həm də regionda baş verənləri müzakirə etmək, İsrailin Qəzza və Livandakı qətllərini dayandırmağa çalışmaq üçündür.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37