“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”na yazılan protokola baxılacaq tarix açıqlandı

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”na yazılan protokola baxılacaq tarix açıqlandı

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

TEMPİNFO Pravda.az-a istinadən xəbər verir ki, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə oktyabrın 22-də baxılacaq.

Xatırlatma: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37