Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?

Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?

“Sədərək” Ticarət Mərkəzinin qanuni təmsilçisi Yunis Qədimbəylinin oğlu Elçin Qədimbəyli məhkəməyə verilib.

TEMPİNFO-nun Qaynarinfo-ya istinadən məlumatına görə, iddiaçı Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir.

Tərəflər arasındakı mübahisə predmeti icarə müqaviləsidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib.

Yunis Qədimbəyli “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşıdır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37