“Ağzımı açdırmayın, çox şey danışa bilərəm” – Xatirə

“Ağzımı açdırmayın, çox şey danışa bilərəm” – Xatirə

Müğənni Xatirə İslam geyimi ilə diqqətləri üzərinə cəmləyib. 

TEMPİNFO xəbər verir ki, verilişlərin birinə qonaq gismində qatılan sənətçi qara pencəyin altına eyni rəngdə sinə dekolteli transparan korset geyinib.

Fərqli obrazda kamera önünə keçən Xatirə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

X. İslam həmin şəkillərinə “Bəzən efirdə reklam arası elə problemlər yaşanır ki, cavab verməkdə olmur, verməmək də. Lazım olan adamın anında cavabını verməyəndə şəkillərdə belə aqressiyalı görünürəm. Dostlarımın olduğu yerdə lazım olanda susuram. Hər şey qurban olsun sizə. Məni yalnız sığal çəkərək susdurmaq olar, səs qaldırmaqla deyil. Mənim ağzımı açmayaq məncə. Çox şey danışa bilərəm” şərhini yazıb. /olay

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37