Balotelli seçim qarşısında: A seriyasından iki müştəri

Balotelli seçim qarşısında: A seriyasından iki müştəri

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli A seriyasına qayıtmağa yaxındır.

TEMPİNFO xəbər verir ki, 34 yaşlı hücumçu “Cenoa” ilə danışıqlar aparır.

Forvard yaxın günlərdə qərarını verməlidir. O, digər İtaliya klubu “Torino”nun da maraq dairəsindədir.

Qeyd edək ki, “Adana Demirspor”dan ayrılandan sonra klubsuz olan Mario azad agent statusuna malikdir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37