“Neftçi” onunla yollarını ayırdı

“Neftçi” onunla yollarını ayırdı

“Neftçi” futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.

TEMPİNFO klubun rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, bu ilin yanvar ayında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsüm iştirak ərizəsinə salınmamışdı.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37