Ölən zabit polis polkovnikinin oğludur – YENİLƏNİB
- HADİSƏMANŞETSON XƏBƏR
- 10.10.2024 10:16
Yol qəzasında dünyasını dəyişən Cavid İsmayılzadə polis polkovniki Namiq İsmayılovun oğludur.
TEMPİNFO “Unikal”a istinadən xəbər verir ki, Namiq Qəzənfər oğlu İsmayılov Binəqədi rayon Polis İdarəsinin sabiq rəisi olub.
Qəzada dünyasını dəyişən Cavid İsmayılzadə Nərimanov rayonu polisinin müavini olub.
*** 22:30
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TEMPİNFO “Unikal”a istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.
TEMPİNFO