Prezident bəzi media qurumlarında aparılan qarayaxma kampaniyasından DANIŞDI
- SİYASƏTSON XƏBƏR
- 10.10.2024 12:47
Prezident İlham Əliyev COP 29 öncəsi tədbirinin iştirakçılarına müraciətində bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunub.
TEMPİNFO-nun xəbərinə görə, dövlət başçısı bildirib ki, bu cəhdlər əbəsdir.
“Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz”, – Prezident İlham Əliyev vurğulayıb.
TEMPİNFO