Sərhədi pozmaq istəyən 6 əcnəbi tutuldu – FOTOLAR

Sərhədi pozmaq istəyən 6 əcnəbi tutuldu – FOTOLAR

Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb.

TEMPİNFO xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 2-si bir nəfər İran, oktyabrın 4-ü iki nəfər Əlcəzair, oktyabrın 3-ü “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər Pakistan və oktyabrın 7-si “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir nəfər Suriya vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.




TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37