Azərbaycanda istilik mövsümü bu tarixdə başlayacaq

Azərbaycanda istilik mövsümü bu tarixdə başlayacaq

Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.

TEMPİNFO xəbər verir ki, bu barədə “Trend”ə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.

Həmin rayonlar aşağıdakılardır:

1. Daşkəsən;

2. Gədəbəy;

3. Xaçmaz;

4. Kəlbəcər;

5. Qəbələ;

6. Quba;

7. Qusar;

8. Laçın;

9. Lerik;

10. Şamaxı;

11. Siyəzən;

12. Şabran;

13. Şuşa;

14. Yardımlı.

E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var: “Orada yeddi qazanxanamız var”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37