Vahid Mustafayevin mağazasından 300 minlik saat OĞURLANDI

Vahid Mustafayevin mağazasından 300 minlik saat OĞURLANDI

Tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsus “VMF Continental” mağazasından oğlurluq edilib.

TEMPİNFO-nun məlumatına görə, Yasamal rayonunda yerləşən mağazadan 330 min manat dəyərində “Breguet” markalı qol saatı oğlurlanıb.

Oğurluq hadisəsi bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.

Hazırda istintaq davam edir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37