Putin Türkmənistana getdi – VİDEO

Putin Türkmənistana getdi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabada səfər edib.

TEMPİNFO “İnterfaks”a istinadən xəbər verir ki, Putin səfəri çərçivəsində türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək.

Rusiya lideri, həmçinin İran Prezidenti Məsud Pezeşkian da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, sözügedən forumda Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və digər ölkələrin liderləri də iştirak edəcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37