Millimizin Tallin sınağı
- İDMANSON XƏBƏR
- 11.10.2024 13:52
Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
TEMPİNFO xəbər verir ki, yığmamız Millətlər Liqasının III turunun matçına çıxacaq.
C liqasının I qrupunda mübarizə aparan Fernandu Santuşun yetirmələri Estoniyanın qonağı olacaqlar. Tallindəki görüş autsayderlərin duelidir. Əvvəlki iki turda uduzan rəqiblər ilk qələbə üçün mübarizə aparacaqlar. AVRO-2024-ün seçmə mərhələsinin ötən il baş tutan səfər matçında qalib gələn millimiz yenidən Tallindən üç xalla dönməyə çalışacaq.
Qeyd edək ki, qrupun digər matçında Slovakiya İsveçi qonaq edəcək.
Millətlər Liqası
C liqası, I qrup
III tur, 11 oktyabr
20:00. Estoniya – Azərbaycan
Baş hakim: Rob Harvey (İrlandiya)
Tallin. Le Koq Arena
1 | İsveç | 2 | 2 | 0 | 0 | 6-1 | 6 |
2 | Slovakiya | 2 | 2 | 0 | 0 | 3-0 | 6 |
3 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 1-5 | 0 |
4 | Estoniya | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
TEMPİNFO