Məsut Özil Bakıda futbol akademiyası açacaq
- İDMANSON XƏBƏR
- 11.10.2024 20:15
Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özilin Bakıya səfərinin səbəbi bəlli olub.
TEMPİNFO xəbər verir ki, bu barədə türkiyəli professor İrfan Gündüz ulduz futbolçunun Bakıya səfəri ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, M.Özilin adını daşıyan futbol akademiyalarından biri də Azərbaycanda olacaq.
Qeyd edək ki, Türkiyə əsilli veteran yarımmüdafiəçi “Real Madrid”dən başqa, İngiltərənin “Arsenal” və ölkəsinin “Fənərbağça” komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
TEMPİNFO