“İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı

“İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı

Bakı metrosunda qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.

Bu barədə TEMPİNFO-ya Bakı Metropoliteni” QSC-dən bildirilib.
Belə ki, “İçərişəhər” stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən baxış keçirilib. Əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37