İranın müvəqqəti prezidenti o oldu
- DÜNYAMANŞETSİYASƏTSON XƏBƏR
- 20.05.2024 13:32
İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edəcək.
TEMPİNFO xəbər verir ki, bu barədə İRİB telekanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, respublikanın yeni rəhbəri 50 gündən gec olmayaraq seçilməlidir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-u qəzaya düşüb. Nəticədə helikopterdə olan sərnişinlər və heyət üzvləri həlak olub.