Rəisinin ölümündə günahkar ABŞ-dir, çünki… – Cavad Zərif
- DÜNYASON XƏBƏR
- 20.05.2024 15:17
İran Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Cavad Zərif prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı faciədə ABŞ-ni günahlandırıb.
TEMPİNFO.AZ xəbər verir ki, onun sözlərinə görə, Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Vaşinqton Tehrana təyyarə və təyyarə hissələrinin satışına embarqo qoyub.
“Bu hadisə ABŞ-nin İrana qarşı cinayətləri siyahısına daxil ediləcək… Prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı faciədə ABŞ günahkardır”, – Məhəmməd Cavad Zərif bildirib.