Oğlunun təbriki Natavanı kövrəltdi
- MAQAZİNSON XƏBƏR
- 20.05.2024 16:53
Müğənni Natavan Həbibinin oğlu Zeyd anasının ad gününü təbrik edib.
Sənətçi “Qonaqcanlı” verilişində qonaq olarkən oğlu Zeydin təbrik videosu yayımlanıb.
Zeyd görüntüdə “Əziz anam, ad gününü təbrik edirəm. Səni sevirəm”, – deyə, bildirib.
Natavan oğlunun videosunda sonra kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Zeyd Natavanın reper Dado ilə evliliyindən dünyaya gəlib.
(OLAY)