Ərdoğan köhnə avtomobilində Türkiyə üçün yardım aparan azərbaycanlını mükafatlandırdı – Video
- CƏMİYYƏTDÜNYASON XƏBƏR
- 23.05.2024 13:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən azərbaycanlı Sərvər Bəşirliyə mükafatını təqdim edib.
TEMPİNFO xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Azərbaycandakı Səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” sosial şəbəkə hesabında paylaşıb.
“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, – paylaşımda qeyd olunub.