ABB ötən il reklama 10 milyon manat xərcləyib

ABB ötən il reklama 10 milyon manat xərcləyib

Azərbaycanda ən böyük dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ildə reklama 9 milyon 841 min manat vəsait xərcləyib.

İqtisadiyyat.az-ın hesablamasına görə, bu, 2022-ci ilə nisbətən 52,7% və ya 3 milyon 396 min manat çoxdur. 2022-ci ildə bankın reklam xərcləri 6 milyon 445 min manat təşkil edib.

Bankın xərclərinin böyük hissəsini işçilərə ödənilən əmək haqqılar təşkil edib. 2023-cü ildə ABB-nin işçi xərcləri 188,1 milyon manat təşkil edib.

Bankın cəmi xərcləri isə 314,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 25,6% çoxdur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37