Abbas Hüseynov: “Qələbə qazanmaq istəyirik”

Abbas Hüseynov: “Qələbə qazanmaq istəyirik”

“Estoniya ilə matçda üç xal qazanacağımıza inanıram”.

TEMPİNFO xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi sabah qələbə qazanmaq istədiklərini bildirib:

“Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Əlimizdən gələni edib, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Estoniya ilə matçda üç xal qazanacağımıza inanıram”.

Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37