Abdulbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan şirkət gömrük qaydalarını pozdu

Abdulbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan şirkət gömrük qaydalarını pozdu

“Green Tech” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi tərəfindən MMC-yə İnzibati Xətalar Məcəlləsinin 490-cı (Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib olunub.

İş Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilovun icraatındadır. Baxış iclası iyunun 6-da keçiriləcək.

Qeyd: Tanınmış iş adamı Abdulbari Gozalın rəhbərlik etdiyi “Azərsun Holdinq”ə daxil olan MMC istixana kompleksi kimi fəaliyyət göstərir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37