Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı
- CƏMİYYƏTMANŞETSON XƏBƏR
- 05.06.2024 12:00
Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə sözügedən idarənin “Baş İdarə” statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin İnsan resursları idarəsi olaraq fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Rauf Məmmədəli oğlu Məhərrəmov təyin olunub. General Rauf Məhərrəmov BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Əldə etdiyimiz məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək.