ABŞ Prezidentinin baş müşaviri Azərbaycana gəlib

ABŞ Prezidentinin baş müşaviri Azərbaycana gəlib

ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.

TEMPİNFO bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsindəki paylaşımına istinadən xəbər verir.

 

“Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, – paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37