Abşeron İcra Hakimiyyəti səlahiyyətlərindən sui-istifadə edir, zibil daşınmır – Samir Əliyev – FOTO

Abşeron İcra Hakimiyyəti səlahiyyətlərindən sui-istifadə edir, zibil daşınmır – Samir Əliyev – FOTO

“Xırdalan şəhərində Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsində 3-cü evin həyətindən bir görünüş. Bir gündən bir daşınmalı olan zibil artıq 8 gündür, həyətdə qalıb. Səbəb odur ki, Abşeron Rayon İcra Hakimiyyəti öz vəzifəsinin öhdəsindən gəlmir. Həmin ərazidə zibil daşınması ilə bağlı problem dövrü olaraq baş verir. Bir ay normal işləyirlər növbəti ay zibil daşınmasında problemlər yaşanr”.

TEMPİNFO xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev bildirib.

Onun sözlərinə görə, qonşu yaşayış kompleksində zibillər vaxtlı-vaxtında daşınır: “Çünki özəl şirkət həyata keçirir. Bizim binada isə Abşeron RİH müxtəlif vasitələrlə binanı idarə edən MTK-yə imkan vermir ki, özəl şirkətin xidmətinə keçsin. Zibil daşınmasına məsul olan qurumun rəhbəri dəyişib. Yenisi söz vermişdi ki, təmizlənəcək. Artıq o da zənglərə cavab vermir. Səbəb isə maşın çatışmazlığıdır. Deməli, İcra Hakimiyyəti səlahiyyətlərindən sui-istifadə edərək MTK-lərə təzyiq edir ki, onun xidmətindən istifadə etsinlər, bunun üçün isə zəruri maşın parkı yoxdur”.

S.Əliyev vurğulayıb ki, Abşeron İH-nin başçısının başı yay mövsümündə Heydər Əliyev parkında yeni obyektlər (karusel, iaşə və s.) açmağa qarışıb: “Bir azdan o parkda gəzməyə və nəfəs almağa imkan olmayacaq. Məişət tullantılarının daşınması səlahiyyəti bələdiyyələrə verilməlidir”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37