Adil Əliyev kollektivə təqdim olundu

Adil Əliyev kollektivə təqdim olundu

Azərbaycan Prezidentinin Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyev bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Modern.az-ınməlumatına görə, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. A.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə VI çağırış Milli Məclisin vitse-spikeri Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37