Aeroport yolunun yanlış xətlənməsi ilə bağlı – Açıqlama+VİDEO

Aeroport yolunun yanlış xətlənməsi ilə bağlı – Açıqlama+VİDEO

Zığ – Aeroport yolunun doğru xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə tanınmış mexanik Saleh görüntülər paylaşıb.

O iddia edib ki, sözügedən ərazidə MİDA-nın Hövsan Kompleksi yaxınlığında yola qalın qırıq-qırıq xətlər çəkilib. Lakin buradan dönəndə, yanlız Zirə Dəniz limanına, sosial evlərə getmək üçün sağa dönmə əməliyyatını icra etmək mümkündür:

“Buranı keçdikdən sonra bütün yol düz xətlə ayrılıb. Üzü Qala qəsəbəsi istiqamətinə gedərkən Zirəyə tərəf dönmək istəsək biz gərək yolun sonuna qədər gedib çıxaq ki, ora qırıq-qırıq xəttlə nişanlanıb. Bu da qəza şəraiti yaradır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AYNA saytımıza bildirilib ki, görüntülər ərazidə texniki iş aparılarkən lentə alınıb və işlər tam yekunlaşmayıbmış:

“Hazırda sözügedən ərazidə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılıb”.

TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37