AFFA aldandı, “Azenco”nun işləri dayandı – VİDEO
- İDMANSON XƏBƏR
- 25.05.2024 16:51
Şövkət Orduxanov adına Qusar şəhər stadionunda görülən işlər, demək olar ki, dayanıb.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olan “Azenco”nun gördüyü tikinti işlərində durğunluq yaranıb.
“Azenco” işçilərə maaşları verə bilmədiyindən, təmir işləri ləngiyir. Halbuki, “Şahdağ Qusar” komandasının AFFA İcraiyyə Komitəsi tərəfindən II Liqaya buraxılmasında əsas səbəb “Azenco”nun bu stadionun təmirini ötən ilin sonlarında başa çatdıracağı ilə verdiyi vəd dayanmışdı. 2022-ci ildən təmiri başlanan stadion isə, göründüyü kimi, bu mövsüm də komandanın ixtiyarında olmadı.
Qusar komandası hazırda qaçqın klubu xatırladır. Belə ki, şimal təmsilçisi ev oyunlarını Qusarda yox, Sumqayıtdakı “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçirməli olur.
Stadiondan çəkilmiş son görüntüləri olaraq təqdim edirik: