AFFA “Qarabağ” və Elvin Cəfərquliyevi cəzalandırıb
- İDMANSON XƏBƏR
- 08.08.2024 18:35
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev cəzalandırılıb.
TEMPİNFO xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Qarabağ” matçının 78-ci dəqiqəsində ikinci sarıya görə qırmızı vərəqə alıb. Bu üzdən Cəfərquliyev bir oyun cəzalanıb. O, “Qarabağ”ı 500 manat ziyana salıb.
Qeyd edək ki, oyun Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
TEMPİNFO