Ağadadaş Ağayev və mühafizəçi haqqında qərar verildi

Ağadadaş Ağayev və mühafizəçi haqqında qərar verildi

Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri – Xalq artisti Ağadadaş Ağayev və “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib.

İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin (“MedEra” hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.

İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37