Ağadadaş Ağayevlə bağlı bu görüntülər köhnə imiş – YENİLƏNİB – VİDEO
- CƏMİYYƏTSON XƏBƏR
- 29.07.2024 12:45
Xalq artisti Ağadadaş Ağayevin son günlərdə hansısa toy məclisində iştirak etməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.
TEMPİNFO xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında A.Ağayevin vəkili Asim Abbasov deyib.
O, videonun yeni olmadığını bildirib:
“Görüntülər yeni deyil. Ağadadaş Ağayev hazırda həkim nəzarəti altındadır. O, necə toyda və ya başqa şənliklərdə çıxış edə bilər?! İzləyicilərə feyk məlumatlara baş qoşmamağı tövsiyə edirəm. Real video olarsa, A.Ağayev özü mütləq açıqlama verəcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Ağadadaş Ağayevin “Medera”da baş verən insidentdən sonra ilk məclisinə qatılması ilə bağlı xəbər və video yayılıb.
Xatırladaq ki, 22 iyul saat 07 radələrində Xalq artisti Ağadadaş Ağayev “Medera” hospitalının gözətçisi Nurəddin Cəlilovla əlbəyaxa dava edib.
*** 11.24
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, “Medera” klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi – xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.
Dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb.
Ağadadaş Ağayevin həmin görüntülərini təqdim edirik: