Aİ-dən daha bir sanksiya: 28 nəfərə…

Aİ-dən daha bir sanksiya: 28 nəfərə…

Avropa İttifaqı Şurası (Aİ) Belarusda insan hüquqlarının pozulmasında iştirakına görə daha 28 nəfərə qarşı sanksiya tətbiq edib.

TEMPİNFO xəbər verir ki, bu barədə  Şuranın mətbuat xidməti məlumat yayıb.

“Belarus Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (HUBAZiK) iki rəis müavini barəsində qətimkan tədbiri seçilib.HUBAZİK Belarusda siyasi təqiblərə, o cümlədən fəallara, vətəndaş cəmiyyəti üzvlərinə qarşı özbaşına və qeyri-qanuni həbslər, pis rəftar, o cümlədən işgəncələr üçün cavabdeh olan əsas orqanlardan biridir. Bugünkü siyahıda 2020-ci ildə keçirilən prezident seçkilərinə etiraz edən və hakimiyyətə qarşı fikirlərini səsləndirən vətəndaşlara siyasi motivli hökmlər çıxaran prokurorlar və çoxsaylı hakimlər də var. Bundan başqa, müxtəlif islah müəssisələrinin (həbsxanalar və istintaq təcridxanası) rəhbərlərinə də qətimkan tədbiri seçilib”,- deyə məlumatda bildirilib.

Qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi şəxslər arasında Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru İrina Akuloviç də yer alıb.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37