Aİ ölkələri Ukraynaya 35 milyard avroluq kreditlə bağlı razılığa gəldi

Aİ ölkələri Ukraynaya 35 milyard avroluq kreditlə bağlı razılığa gəldi

Avropa İttifaqının (Aİ) oktyabrın 17-18-də keçiriləcək sammitində Ukrayna ilə bağlı müzakirələrin inkişafından asılı olmayaraq, artıq üzv dövlətlər arasında Kiyevə dəstək üçün 35 milyard avroluq kreditlə bağlı razılıq var.

TEMPİNFO İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Aİ-nin yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib.

Məlumata görə, sammitdəki bu müzakirənin əsas məqsədi Ukraynaya dəstək öhdəliklərini təsdiqləmək və daha çox silah tədarük etməkdir.

O qeyd edib ki, Rusiyanın dondurulmuş aktivlərindən 50 milyard dollarlıq kredit məsələsi də iclasda müzakirə olunacaq. Belə ki, gələn həftə bu barədə səsvermə keçiriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37