Alsu milyonçu ərini məhkəməyə verdi

Alsu milyonçu ərini məhkəməyə verdi

Məşhur müğənni Alsu biznesmen həyat yoldaşı Yan Abramovu məhkəməyə verib.

 TEMPİNFO xəbər verir ki,  bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. O, birgə əldə etdiyi əmlakın bölünməsi ilə bağlı iddia qaldırıb.

Bildirilib ki, iclas iyulun 26-da keçiriləcək.

Ehtimal olunur ki, ikili Moskvada elit yaşayış kompleksinin 57-ci mərtəbəsindəki bir mənzili, Rublyovkada 3 min kvadratmetr sahəsi olan 4 mərtəbəli malikanəni, Krımda özəl çimərliyi, estakadası, tövlələri, tennis kortu, vertolyot meydançası və öz məscidi olan kotteci, həmçinin Londonda “St John’s Wood-da Lord’s Cricket Ground”un yanında mənzili aralarında böləcəklər.

Alsu bu iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Yanın Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi iddialar arasındadır.  (axşam.az)

 TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37