Ana və iki qızı imtahanda yüksək bal topladılar

Ana və iki qızı imtahanda yüksək bal topladılar

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.

TEMPİNFO xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək bal toplayıb.

Asya Yusifova 58 bal, onun qızları – Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37