Anar deputat seçilmək üçün kimdən təklif gözləyir? – Açıqlama

Anar deputat seçilmək üçün kimdən təklif gözləyir? – Açıqlama

Parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər yayıldıqdan sonra bir çox ictimai xadimlər deputat seçkilərinə qatılacaqlarına dair fikirlər səsləndirirlər.

TEMPİNFO.AZ xəbər verir ki, dünən maraqlı açıqlamalardan biri də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayevdən gəlib. O, “Parlament seçkilərində namizədliyimi irəli sürmək fikrim yoxdur. Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm” deyib.

Görəsən 81 yaşlı Xalq yazıçısı deputat seçilmək üçün kimdən təklif gözləyir?

Lent.az-ın sualına cavab verən Anar Rzayev bildirib ki, dediklərimin üstündəyəm, amma heç kimdən təklif gözləmirəm.

O, bu məsələ ilə bağlı başqa fikir səsləndirmək istəmədiyini də əlavə elədi.

“Təklif gəlsə, onda fikirləşərəm” – sözündən sonra AYB sədrinin yeni cavabı diqqətimizi çəkdi.

TEMPİNFO.AZ

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37