“Anar Rzayevin “Bolt”u reklam etməsində məqsəd nədir?” – FOTO

“Anar Rzayevin “Bolt”u reklam etməsində məqsəd nədir?” – FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzinin Qeydiyyat İdarəsində taksi şirkəti olan “Bolt”un reklamı gedir. Ümumiyyətlə, qeydiyyat mərkəzinə daxil olduqda vətəndaş özünü Boltun ofisində hiss edir. Qeydiyyatdan çox, “Bolt”un fəaliyyəti qeyd olunur, sürücülər “Bolt”a dəvət olunur.

TEMPİNFO.AZ-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Dövlət qurumun hansısa özəl bir şirkəti belə reklam və təbliğ etməsinin anlamı nədir? Hər kəsə məlumdur ki, reklamlar 2 cür aparılır. Birincisi, rəsmi ödənişli şəkildə. İkincisi isə qeyri-rəsmi ödəniş yolu ilə. Dövlət qurumu heç zaman rəsmi şəkildə reklam götürə bilməz. AYNA rəhbəri Anar Rzayevin “Bolt”u reklam etməsində məqsəd nədir? Olmaya bağlı qapılar arxasında razılığamı gəliblər? Qurumun fəaliyyəti heç bir hal da gözləntiləri doğrultmur. AYNA özəl şirkət kimi idarə olunur. Anar Rzayev sanki özəl şirkət idarə edir. Özlərini “Bolt”un Azərbaycandakı filialı kimi aparırlar”, – o bildirib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37