Anasını qızının qoltuğuna verdik, şərxatadırlar – Zaur niyə hədələndi?

Anasını qızının qoltuğuna verdik, şərxatadırlar – Zaur niyə hədələndi?

Aparıcı Zaur Baxşəliyev  “Bizimləsən” verilişində onu kimin, nəyə görə hədələdiyindən söhbət açıb.

TEMPİNFO xəbər verir ki, aparıcının sözlərinə görə, proqrama müraciət edən Məsmə adlı yaşlı qadının oğlu onu məhkəməyə verəcəyini deyib.

“ATV-nin qarşısına gəlib ki, Zauru məhkəməyə verirəm. Çünki Məsmə xanıma adı ilə müraciət edib, “ana” deməyib, bizim kəndə belə bir şey yoxdur. Sizin evinizdə ananı çöllərə salmaq var. Amma Zauru məhkəməyə verir ki, niyə “Məsmə” deyib, “ana” deməyib. Biz də anasını qızının qoltuğuna verdik ki, gedin. Ananı daşın üstündə yatızdırırlar, 8 ay çöllərdə qalır, xəbərləri olmur, polisə müraciət edib axtarmırlar. Amma 15 gün, 1 ay burda yağ içində saxlanılır. Sonra da gəlib deyir ki, anama adı ilə müraciət etmisiniz, məhkəməyə verirəm. Nə gözəl… Bu mövzu bizim üçün bağlandı”.

Zaur Baxşəliyev vurğulayıb ki, o qadın ATV-nin qarşısına gəlsə də, qəbul etməyəcək: “Deməli, siz şərxatasınız. Onun burada ölməyini gözləyirdiniz ki, gəlib soruşasınız. Amma o qadın bura necə gətirilib, qulluq olunub, harada qalıb, ayağınıza gəlmişik ki, ananızı qəbul edin. Hər şey sizin istəyinizlə olub. Biz uşaq deyilik ki, kimsə başını divara çırpsın gəlsin adam şərləsin. İndi qayda-qanun var”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37