Aparıcılar var-dövləti hansı yolla əldə edir? – Rövşanə danışdı
- MAQAZİNSON XƏBƏR
- 09.08.2024 00:15
Televiziya aparıcılarının adı ətrafında yenidən ajiotaj yaranıb.
Bu dəfə onlar fəaliyyətləri ilə deyil, sərvətləri ilə gündəmə gəliblər. Bəzi aparıcıların yüksək sərvət sahibi olduğu, hətta oliqarxlara xas həyat tərzi keçirdiyinə dair iddialar ortaya atılıb.
Bəs deyilənlər nə dərəcədə doğrudur?
Uzun illər müxtəlif televiziya kanallarında populyar verilişlərin aparıcısı olmuş jurnalist Rövşanə Ağasəfqızı (Bektaşi) bununla bağlı Yenisabah.az-a açıqlama verib.
O, nəinki aparıcıların, ümumiyyətlə, digər peşə sahiblərinin də var-dövləti ilə bağlı müzakirə açmağın etik olmadığını bildirib: “Kimin nəyi var, kim toy aparır, kimin nə qədər sponsoru var, bunları müzakirə etmək düzgün deyil. Kiminsə şəxsi əmlakını müzakirə etməyə bizim nə haqqımız var?
Hansısa teleaparıcı və ya müğənni nə qədər pul qazanır deyə müzakirə aparmaq lazımsızdır. Biz axı istintaq idarəsi deyilik, kiminsə pulunu saymaq bizim işimiz deyil.
Kimin nəyi varsa, Allah başından töksün, hərənin ruzisini Allah verir. Teleaparıcıların bəzisi toy aparıb qazanır, bəzisi çox veriliş aparır, sponsorları çoxdur. Hərənin öz qazancı var, bizim kiminsə pulunu saymağa nə haqqımız var?
Allah hamısının puluna min bərəkət versin, başından töksün. Kiminsə nə qədər qazanmasını, mülklərini hesablamaq heç etik deyil”.