“Aqrar Sığorta”nın yığımlarında 2.2 milyon manatlıq azalma

“Aqrar Sığorta”nın yığımlarında 2.2 milyon manatlıq azalma

“Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar-aprel ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

TEMPİNFO-nun məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-aprel ayında 8,381 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 2.149 mln. manat və ya 20% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 8,381 mln. manat təşkil etmişdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37