Argentina Amerika kubokunun qalibi oldu

Argentina Amerika kubokunun qalibi oldu

ABŞ-da keçirilən Amerika kubokuna yekun vurulub.

TEMPİNFO xəbər verir ki, final oyununda Argentina ilə Kolumbiya qarşılaşıb.

Lionel Messinin zədə üzündən əvəzləndiyi matçın taleyi əlavə vaxtda həll olunub. Lautaro Martinesin qolu Argentinaya çempionluq qazandırıb. O, görüşün 112-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, Argentina ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.

Amerika kuboku
Final
15 iyul
Argentina – Kolumbiya – 1:0

Lautaro Martines, 112

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37