“ASAN Xidmət” 33 il əvvəl ölən atamın yaşadığını dedi, qızın 2 atası vardı”

“ASAN Xidmət” 33 il əvvəl ölən atamın yaşadığını dedi, qızın 2 atası vardı”

“ASAN Xidmət”də vətəndaşdan 33 il əvvəl ölən atası üçün sənəd tələb edilib.

TEMPİNFO xəbər verir ki, bu barədə “Ella Vialetta” profili sosial mediada bildirib.

O, hüquqşünaslardan məsələ ilə münasibət almaq istəyib.

“65 yaşlı anam yeni şəxsiyyət vəsiqəsi almaq üçün Sumqayıt şəhərində “ASAN Xidmət”ə müraciət edib. Onu qəbul edən xanım ailə tərkibi haqqında sual verərək atamın yaşadığını deyib, halbuki atam 33 il öncə vəfat edib. Yəni biz illərdir, atamızın vəfatı haqqında rəsmi kağız aldığımız halda, “ASAN Xidmət” necə bunu görə bilməz? Bizdən əlavə sənəd istəyirlər sübut üçün. Yəni bu təzə oyundur, yoxsa vəfat etmiş şəxsi necə sağ kimi yazarlar onu anlamırıq”, – o bildirib.

Vəfa Cəfərova adlı şəxs rəy bölməsinə yazıb ki, bu cür hallar yaşanır, sənəd təqdim etdikdən sonra məsələ qaydasına düşəcək: “Mən qızıma şəxsiyyət vəsiqəsi alanda məlum oldu ki, anası men deyilem. Təkcə atası var. Başqa bir qız da almağa gəlmişdi, onun isə 2 atası var idi. Anası ölürdü gülməkdən. Nikahdan alınan kağızların çoxunu sistemə işləməyiblər”.

Digər rəy yazanlar da oxşar vəziyyətlə qarşılaşdıqlarını bildiriblər.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37