AVRO-2024: Almanlardan növbəti qələbə – VİDEO

AVRO-2024: Almanlardan növbəti qələbə – VİDEO

AVRO-2024-ün A qrupunda II tura start verilib.

TEMPİNFO xəbər verir ki, çempionatın 6-cı oyun gününün ikinci matçı Ştutqartda baş tutub.

Yarışın ev sahibi Almaniya Macarıstanı qəbul edib. Hər hissədə 1 qol vuran Bundestim ardıcıl 2-ci qələbəsini qazanıb. Qələbə toplarının müəllifləri Musiala və İlkay olub.

Qeyd edək ki, qrupun digər görüşündə Şotlandiya və İsveçrə qarşılaşacaq.

AVRO-2024
Qrup mərhələsi, II tur
19 iyun, A qrupu
20:00. Almaniya – Macarıstan – 2:0
Qollar: 
Camal Musiala, 22. İlkay Gündoğan, 67
Baş hakim: Danni Makkeli (Niderland) Ştutqart Arena

1 Almaniya 2 1 0 0 7-1 6
2 İsveçrə 1 1 0 0 3-1 3
3 Şotlandiya 1 0 0 1 1-5 0
4 Macarıstan 2 0 0 2 1-5 0

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37