AVRO-2024: Belçika bu dəfə səhvə yol verməyib – VİDEO

AVRO-2024: Belçika bu dəfə səhvə yol verməyib – VİDEO

Bu gün AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulub.

TEMPİNFO xəbər verir ki, günün son matçı Kölndə keçirilib.

Çempionata gözlənilməz məğlubiyyətlə başlayan Belçika Rumıniya ilə üz-üzə gəlib. “Qırmızı iblislər” ilk turdakı uğursuzluğun təsadüfi olduğunu sübuta yetiriblər. Onlar rumınların qapısından 2 cavbsız top keçiriblər.

Qeyd edək ki, qrupda III turun görüşləri iyunun 26-da keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, E qrupu
23:00. Belçika – Rumıniya – 2:0
Qollar: 
Yuri Tilemans, 2. Kevin De Bruyne, 80

Baş hakim: Şimon Marçinyak (Polşa) Köln Ştadium

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37