AVRO-2024: C qrupunda rekord və antirekord

AVRO-2024: C qrupunda rekord və antirekord

Avropa çempionatında C qrupunun son iki oyunu heç-heçə bitib.

TEMPİNFO xəbər verir ki, İngiltərə Sloveniya, Danimarka isə Serbiya ilə “sülh”ə razılaşıb. C qrupunda komandalar 6 oyundan 5-də heç-heçə edib. Bu, turnir tarixinin qruplarındakı rekord nəticədir.

Eyni zamanda cəmi 7 qol vurulub. “Opta”nın məlumatına görə, bu Avropa çempionatlarında antirekorddur.

Qrup mərhələsinin oyunlarından sonra İngiltərə və Danimarka adını 1/8 finala yazdırıb. futbolpress.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37