AVRO-2024: Fransa Portuqaliyanı mübarizədən kənarlaşdırıb – VİDEO

AVRO-2024: Fransa Portuqaliyanı mübarizədən kənarlaşdırıb – VİDEO

Almaniyada keçirilən AVRO-2024-ün pley-off mərhələsi davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün 1/4 finalın daha bir oyunu keçirilib.

Mərhələnin ikinci oyunu Hamburqda baş tutub. Son iki mundialda finala yüksələn Fransa Portuqaliya ilə üz-üzə gəlib. 120 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan Fransa futbolçuları yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/4 final mərhələsinə iyulun 6-da yekun vurulacaq.

AVRO-2024
1/4 final
5 iyul
23:00. Portuqaliya – Fransa – 0:0, pen. 3:5
Baş hakim: 
Maykl Oliver (İngiltərə)
Hamburq. Folksparkştadion

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37