AVRO-2024: İspaniya FİNALDA – VİDEO

AVRO-2024: İspaniya FİNALDA – VİDEO

Almaniyada keçirilən AVRO-2024-ün yarımfinal mərhələsi start götürüb.

TEMPİNFO xəbər verir ki, ilk finalçı Münhendə bəlli olub.

İspaniya millisi Fransa ilə üz-üzə gəlib. Almaniyada keçirdiyi bütün matçlarda qalib gələn pireneylilər qələbə seriyasını 6-ya çatdırıblar. 2:1 hesabı ilə qalib gələn “Qırmızı furiya” ilk finalçı olub.

Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda İngiltərə və Niderland qarşılaşacaq.

AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya – Fransa – 2:1
Qollar: 
Lamin Yamal, 21. Dani Olmo, 25 – Randal Kolo Muani, 9
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen Arena

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37