AVRO-2024: İspaniya yığması 1/4 finala yüksəlib – YENİLƏNİB

AVRO-2024: İspaniya yığması 1/4 finala yüksəlib – YENİLƏNİB

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya – Gürcüstan qarşılaşması başa çatıb.

TEMPİNFO xəbər verir ki, İspaniya rəqibini 4:1 hesabı ilə məğlub edib.

Qarşılaşmanın 18-ci dəqiqəsində Roben Le Norman avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardınca Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub. O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu rəqib qapısından keçirib.

Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Ştutqart şəhərindəki “MHP Arena”da baş tutacaq.

***

Almaniyada keçirilən AVRO-2024 davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün 1/4 finalın daha bir iştirakçısı bəlli olacaq.

Kölndə baş tutacaq 1/8 final matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq. Quru hesablı qələbələri sıralayan pireneylilər titula doğru növbəti addımı atmağa köklənib. Nəinki minimum, hətta maksimum vəzifənin öhdəsindən gələn gürcülər isə təəccübləndirməkdə davam etməyə çalışacaqlar.

Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.

AVRO-2024
1/8 final
30 iyun
23:00. İspaniya – Gürcüstan – 0:0
Baş hakim: 
Fransua Leteksye (Fransa)
Köln Ştadium

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37